Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar səyyar klinikada göz müayinəsindən keçiblər.

08 iyul 2024 | 09:47
Ağcabədi Rayon İcra Hakimiyyəti və Badam Medical Center-in birgə təşəbbüsü ilə adı çəkilən şəfa ocağının səyyar klinikası iyunun 24-dən iyul ayının 12-nə kimi Ağcabədidə göz xəstəlikləri üzrə ödənişsiz “Səyyar klinika” günləri keçirir.
Qeyd edək ki, “Nur Göz” Mərkəzinin həkim-aftolmoloqları iyunun 28-də, müayinənin dördüncü günü şəhid övladlarının, eləcə də “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 0-18 yaş arası sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Ağcabədi Reablitasiya Mərkəzinin uşaq kollektivinin xidmətində olublar. Uşaqlar səyyar klinikada göz müayinəsindən keçiblər.
Məlumat üçün bildiririk ki, burada göz müayinəsindən keçən hər kəsə həkim məsləhətləri verilir, ehtiyac yaranan hallarda müalicələr olunur, cərrahi müdaxiləyə gərək olarsa icbari tibbi sığortanın dəstəyi ilə göndərişlər alınaraq xəstələr Badam Medical Center-ə göndərilərək peşəkar aftolmoloq cərrahlar tərəfindən əməliyyat olunurlar.
Keçidlər