Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

“Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda 7 məktəbdə maarifləndirmə tədbirləri davam etdirilib.

20 may 2025 | 19:18

Konstitusiya və Suverenlik ili çərçivəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbirləri növbəti günlərdə də davam etdirilib. Mayın 20-də Yeni Qaradolaq kənd tam orta,  Aran kənd 1 nömrəli tam orta, 2 nömrəli ümumi orta məktəblərinin,  daha sonra Qaradolaq kənd 1 nömrəli tam orta,  2 nömrəli ümumi orta, Mehrablı kənd 1 nömrəli tam orta , 2 nömrəli  ümumi orta məktəblərinin şagirdləri ilə görüşlər keçirilib. Görüşlərdə Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva,  “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin mama-ginekoloqu Familə Məmmədova və “Aran” qəzetinin redaktoru Məhsəti Musa iştirak ediblər. Görüşlərdə 8, 9, 10 və 11-ci sinif şagirdləri, həmçinin məktəb direktorları, psixoloqlar, uçaq birliklərinin rəhbərləri və bəzi valideynlər iştirak ediblər. Görüşdə şagirdlərlə onların hüquq və azadlıqları mövzusunda diskussiyalar aparılıb, o cümlədən erkən nikahların, zərərli vərdişlərin, qohum  evliliklərinin zərərləri ilə bağlı ətraflı məlumat verilib. Təhsildən yayındırılan, erkən nikahlara vadar edilən, hüquqları pozulan uşaq və yeniyetmələrin şiddətə və zorakılığa qarşı mübarizə aparmaq hüquqlarının olduğu və bu halda hara və necə müraciət edə biləcəkləri onlara izah olunub.

    Sonra erkən nikahlarla bağlı videoçarx izlənilib.

    Yekunda şagirdlər “Erkən nikaha yox deyirik!”, “Zərərli vərdişlərə yox deyirik! “ , “Hüquqlarımızı bilək” kimi şüarlar səsləndirərək layihəyə və digər həmyaşıdlarına dəstəklərini nümayiş etdiriblər.

Keçidlər