“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Yeniyetməlik dövrünün böhranları” mövzusunda Ağcabədi Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Oktyarın 31-də Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Yeniyetməlik dövrünün böhranları” mövzusunda Ağcabədi Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi, məktəb şagirdləri və medai nümayəndələri iştirak ediblər.
Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Səbuhi Möhsümov tədbiri açıq etdikdən sonra, mərkəzin direktor səlahiyyətlərinin icra edən Ruhin Hüseynov, Ağcabədi RİHB aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın ailələr və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu İlahə Qasımova, Ağcabədi rayon Heydər Əliyev mərkəzinin bələdçisi Səbinə Mamedova, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Aygün Qasımlı çıxışlar ediblər. Çıxışlarda yeniyetməlik dövrünün böhranlarından və bu vəziyyətlərlə üzləşdikdə necə çıxış yolu tapacaqlarından , uşaqların hüquq və azadlıqlarından , erkən nigahlar və onların fəsadlarından bəhs olunub. Qeyd olunub ki, hər bir vətəndaş doğulduğu andan etibarən hüquqlara malikdir. Hüquqlarımızı bilmək və müdafiə etmək isə bizim vəzifəmizdir.
Şagirdlərin müzakirə olunan mövzuları dərindən mənimsəmələri üçün onlara tapşırıq verilərək səhnələşdirmələri xahiş olunub. Təxminən bir saata yaxın davam edən dəyirmi masa şagirdlərin aktiv iştirakı ilə mövzu ətrafında qarşılıqlı disskusiya şəklində davam etdirilib .Şagirdlər tərəfindən verilən suallar cavablandırılıb. Sonda erkən evliliyin fəsadlarını göstərən videoçarx nümayiş etdirilib.






