Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər

21 noyabr 2022 | 15:00

Ağcabədi Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil Sektorunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib.

M.F.Axundov adına şəhər 3 saylı məktəb -liseydə və  M. Əsədov adına şəhər 5 saylı tam orta məktəbində  təşkil olunan tədbirdə təşkilatçı qurumların əməkdaşları, sözügedən məktəblərin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. 

Görüşdə çıxış edən Ağcabədi RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova 20 noyabr 1989-cu ildə BMT Baş Məclisi tərəfindən uşaq hüquqları haqqında Konvensiyanın qəbul olunduğunu və  20 oktyabr- 20 noyabr tarixlərinin “Uşaq Hüquqları Aylığı” elan edildiyini bildirib. V. Məmmədova  uşaq hüquqlarının qorunması, müdafiəsi, onların sağlam mühitdə böyüməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.  Qeyd olunub ki, tədbirlərin keçirilməsində əsas məqsəd aidiyyatı qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının artırılması, onlara qarşı zorakılığın, erkən nikahın və bu kimi digərxoşagəlməz halların  qarşısının alınmasından ibarətdir. 

Yekunda təhsil sektorunun əməkdaşı Rəna Abdullayeva və Vüsalə Məmmədova iştirakçıları maraqlandıran sualları cavablandırıb. 

Keçidlər