Təzəkənd kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
27 yanvar 2025 | 19:00
Təzəkənd kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının daha bir səyyar qəbulu yanvarın 27--də Təzəkənd kənd tam orta məktəbinin akt zalında keçirilib. Qəbulda həmçinin hüquq-mühafizə orqanlarının , aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB Aparatının məsul şəxsləri, media nümayəndələri iştirak edib.
Öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. Sonra sakinləri narahat edən məsələlərə baxılıb. Bildirilib ki, kənddə körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisinə, 1 ədəd içməli su artezianına, əkin sahələrinə gedən su kanallarının və mövcud dren kollektorlarının təmizlənməsinə, kənd ərazisində kabelləşmənin tam başa çatmasına və yeni yaşayış massivinin qazlaşmayan hissəsinə qaz xəttinin çəkilməsinə ehtiyac vardır. Bu problemlərlə bağlı lazımi izahlar verən icra başçısı həlli mümkün məsələlərə dair aidiyyəti üzrə tapşırıqlar verib.