Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Taynaq kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

05 noyabr 2025 | 19:01

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu noyabrın 5-də Taynaq kəndində baş tutub. Qəbuldan öncə icra başçısı Sarıcalı və Taynaq kəndlərində sözügedən kəndlərdən olan  şəhidlərin xatirəsinə ucaldılmış bulaq-abidə komplekslərini ziyarət edib.

Daha sonra kənd sakinləri ilə keçirilən görüşdə  icra başçısı Rafil Hüseynov çıxış edərək bildirib ki, bu il Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ili qeyd olunur. Rayon rəhbəri onu da  xatırladıb ki,  həmin dövrdə Ağcabədi rayonunun bəzi kəndləri ciddi dağıntılara məruz qalsa da, əhali mübarizədən geri çəkilməyib. Müharibə dövründə  işğalçı ölkənin dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Taynaq kənd sakini olan yeniyetmənin - Fərid İsgəndərovun həlak olduğunu söyləyən icra başçısı bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Daha sonra çıxış edən kənd sakinləri təsərrüfat, su təminatı və digər sosial məsələlərlə bağlı mövcud çətinliklərini səsləndiriblər. İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verib.

Keçidlər