Şriftin ölçüsü :

Saytın rəngi :

“Sudan səmərəli İstifadə olunmasının Milli Strategiya”sı mövzusunda tədbir keçirilmişdir

12 fevral 2025 | 10:53

Su ehtiyyatlarından səmərəli istifadə, alternativ su mənbələrinin yaradılması günümüzün aktual məsələlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı siyasətin nəticəsində bir çox iri layihələr həyata keçirilmiş “Sudan səmərəli İstifadə olunmasının Milli Strategiya”sı təsdiqlənmişdir. Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi həmçinin əkin sahələrinin suvarılma suyu ilə təmin olunması istiqamətində mühüm işlər görülməkdədir.

Belə ki, “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2024-cü il  tarixli Sərəncamında son dövrlərdə qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı şəraitdə məhdud su ehtiyatlarına malik ölkəmizdə su təminatının mühüm mənbəyi olan Qarabağ suvarma kanalında su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən kanalın yenidən qurulmasının əhəmiyyətli dərəcədə vacibliyi qeyd olunmuşdur. Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təminatında əhəmiyyətli rol oynayır.

Əhalinin içməli suya olan tələbatının ödənilməsi həmçinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məsələsi Ağcabədi rayonundada  də diqqət mərkəzində  saxlanılır.

Son dövrlərdə rayon ərazisində keçirilən bütün tədbirlərdə, fermerlərlə görüşlərdə sudan səmərəli istifadənin əhəmiyyətindən geniş söhbətlər aparılır, suvarmada innovativ metodlardan geniş istifadə olunmanın su intikisinin qarşısının əhəmiyyətli dərəcədə alması təbliğ olunur.

 

Keçidlər