Şriftin ölçüsü :

Saytın rəngi :

Su ehtiyatlarından səmərəli istifadə mövzusunda tədbir keçirilmişdir.

28 aprel 2025 | 18:30
Aprelin 28-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə su ehtiyatlarından səmərəli istifadə, mövcud resursların qorunması və alternativ su ehtiyatlarının yaradılması mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin əməkdaşları, həmçinin bələdiyyələr, sudan istifadə birlikləri və əkinçi fermerlər iştirak ediblər.
Tədbirin moderatoru, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov toplantını açıq elan etdikdən sonra Azərbaycan Respublikası Prezidentinin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı 27 İyun, 2020-ci ildə imzaladığı 2178 saylı Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bəxtiyar Seyidov və Rəsul Rəhmanov, Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin nümayəndəsi Rauf Bayramov, Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Asəf Quliyev və Ağcabədi rayon Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Azamin Abdullayev mövzu ətrafında çıxışlar ediblər. Natiqlər qeyd ediblər ki, su ehtiyatlarından səmərəli istifadə, mövcud resursların qorunması və alternativ su ehtiyatlarının yaradılması ölkənin davamlı inkişafı və ekosistemlərin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi, çaylarda sululuğun və yağıntıların xeyli azalması, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması, respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bu istiqamətdə əsas vəzifələrdən biridir.
Təxminən bir saat davam edən tədbirdə fermerləri, iş adamlarını maraqlandıran suallar aidiyyəti şəxslər tərəfindən ətraflı şəkildə cavablandırılıb. Tədbir söhbət-disskusiya şəklində davam etdirilib.
Keçidlər