Şriftin ölçüsü :

Saytın rəngi :

“Student Organizations – Weekend” və “Student Clubs – Weekend” adlı həftəsonu düşərgə təlimləri keçirilib.

05 dekabr 2023 | 17:02

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Gənclər fondunun dəstəyi, Tələbə gənclər təşkilatları ittifaqının təşkilatçılığı ilə  1-3 dekabr tarixlərində Ağcabədi Olimpiya İdman Kompleksində  paralel olaraq  “Student Organizations – Weekend” və “Student  Clubs – Weekend”  adlı həftəsonu düşərgə təlimləri keçirilib.

Layihənin ilk  günündə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, rayon icra hakimiyyətinin, tələbə gənclər təşkilatları ittifaqının, Ağcabədi Olimpiya İdman Kompleksinin vəzifəli şəxsləri, 20-dən çox ali və orta ixtisas təhsil müəssisəsində oxuyan  tələbə klublarının rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq əlaqələr üzrə meneceri Aysun Məmmədova tədbiri açıq elan edib, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndərin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub. Açılışdan sonra panel müzakirə baş tutub.

Müzakirə zamanı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə  iş sektorunun  müdiri Elnur Abdullayev  “Gələcək tendensiyalar və çağırışlar: gənclərin liderliyi barəsində gələcək tendensiyalar və çətinliklər, onlara hazırlaşmağın mümkün yolları” mövzusunda çıxış edib,  tələbələrin  ünvanladıqları  sualları  cavablandırıb.

Daha sonra rayon icra hakimiyyəti  başçısının müavini Vüsalə Məmmədova, tələbə gənclər təşkilatları ittifaqının Klublarla iş üzrə meneceri Aqil Quliyev müxtəlif universitetlərdə təhsil alan tələbələrin Ağcabədidə baş tutan görüşdə bir araya gəlməsini müsbət  qiymətləndirərək,  bu cür səmərəli  görüşlərin  davamlı olmasını eyni prinsipə xidmət edən tələbələrin gələcəkdə birlikdə görəcəkləri  işə yaxşı təsir edəcəyini bildiriblər.

Sonda xatirə fotoları çəkilib.

Bildirək  ki,  bu cür düşərgələrin keçirilməsinin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən tələbə gənclər təşkilatları sədrləri, klublar və üzvləri üçün təşkilati idarəetmə sahəsində təlimlərin təşkili və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.

Keçidlər