Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbiri keçirilib

14 iyun 2023 | 19:43

Hər il respublikanın bütün ümumtəhsil  məktəblərində keçirilən son zəng tədbirləri, rayonumuzun məktəblərində də böyük sevgi və coşqu ilə qeyd olunur. Belə tədbirlədən biri Səməd Vurğun adına Ağcabədi şəhər 4 saylı tam orta məktəbdə baş tutub. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə təhsil sektorunun  müdir əvəzi Nərminə Əmirova, məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, valideynlər, eləcə də mətbuat işçiləri iştirak ediblər.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın və 30 il bu  məktəbdə dərs demiş mərhum Mətanət İbrahimovanın əziz xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Son Zəng” yığıncağını açıq elan edən şəhər 4 saylı tam orta məktəbinin direktoru Teymur Qasımov tədbirə qatılan bütün qonaqları salamlayıb. Teymur Qasımov çıxışında 2022-2023-cü tədris ilində məktəbdə görülən işlərlə bağlı, eləcə də “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O, bu əlamətdar gün münasibətilə məzunları ürəkdən təbrik edib, onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov təbrikə  qoşularaq, məzunları səmimi qəlbdən təbrik edib. Natiq çıxışında məhz gələcəyimizin bugünkü gənclərin əlində olduğunu bildirərək, təhsil sahəsinə  xüsusi diqqət yerilməsininin vacibliyini vurğulayıb. Rafil Hüseynov çıxışında onu da qeyd  edib ki, ölkədə yüksək səviyyədə  tədris olunan dərslərin əyani nəticəsidir ki, bugün yüzlərlə vətənpərvər oğlan və qızlar yetişir. Bunun bariz nümunəsi olaraq Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanan, üçrəngli şanlı bayrağımızı işğaldan azad olunan torpaqlarda dalğalandıran  igid oğullarımızı nümunə göstərmək olar.

Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi üzrə təhsil sektorunun müdir əvəzi Nərminə Əmirova, şəhid valideynləri Feyruz Həziyev, Şövkət Süleymanova, şəhid bacısı Paket İsmayılova təbriklərə qoşularaq, məktəbi bitirən şagirdləri təbrik edib, onlara vətənə və millətə layiq övlad olmalarını arzu ediblər.

Çıxışlardan sonra şəhər 4 saylı tam orta məktəbinin şagirdlərin təlim-tərbiyəsində fərqlənən müəllimlərə Fəxri fərmanlar təqdim olunub.

“Son Zəng” tədbiri məktəblilərin göstərdikləri müxtəlif rəqs nümunələri, ifa etdikləri vətənpərvər ruhlu şeirlər və mahnılarla davam edib.

Keçidlər