Şriftin ölçüsü :

Saytın rəngi :

Şərəfxanlı kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

18 mart 2025 | 19:09
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun daha bir səyyar qəbulu martın 19-da Şərəfxanlı kəndində keçirilib.
Qəbulda çıxış edən icra başçısı sonra mövcud çətinliklərlə yaxından tanış olmaq üçün sözü iştirakçılara verib. Kənd sakini İlqar İmanov müraciətində Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun tikintisinin yarımçıq qalması nəticəsində Şərəfxanlı kəndindən keçən hissəsinin bərbad vəziyyətə düşməsi və təmirinə ehtiyac olmasını bildirib, eyni zamanda avtomobillərin hərəkəti zamanı yolda toz yarandığı nəzərə alınmaqla yola gündəlik su səpilməsini xahiş edib. İcra başçısı mövcud vəziyyət ilə bağlı müvafiq izahat verib, respublika əhəmiyyətli avtomobil yolunun tikintisinin və ya təmirinin rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmadığını bilirib. Eyni zamanda avtomobil yolunda yaranmış toza qarşı su səpilməsi ilə bağlı aidiyyəti üzrə 18 mart 2025-ci il tarixdə müraciət olunduğunu diqqətə çatdırıb.
Sonra kənd sakinləri Allahyar və Sabir Qasımovlar Sudan İstifadəedənlər Birliyi tərəfindən pay torpaqlarına xidmət edən Subartezindan su pulunun çox yğıldığını, su puluna görə verilən sənədə möhür vurulmadığını bildirərək məsələnin araşdırılmasını xahiş ediblər. Rayon rəhbəri müraciətlə bağlı müvafiq qanunvericilik qaydalarını izah edib və ilkin olaraq müqavilə öhdəliklərinin yerinə yetirlməsinin vacibliyini bildirib. Məsələ ilə bağlı Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev də məlumat verib. Qaldırılan məsələnin yerində araşdırılması üçün əlavə olaraq Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə və Sudan İstifadəedənlər Birliyinə tapşırıq verilib. Kənd sakinləri Xəlil Mustafayev, Ərəstun Qurbanov, Rüstəm Əsədov, Razi Abdullayev, Zahir Şükürov, Anar Həmidov da söz alaraq mövcud problem və çətinliklərini diqqətə çatdırıb, köməklik göstərilməsini xahiş ediblər. Qaldırılan məsələlər aidiyyəti idarələrin inümayəndələrinin iştirakı ilə aydınlaşdırılıb, həlli mümkün məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib, bəzi məsələlərlə bağlı vətəndaşlar lazımi ünvanlara yönləndirilib.
Keçidlər