Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının XI konfransı keçirilib.

09 sentyabr 2026 | 16:46

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda məruzə ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan danışıb. Bildirib ki, YAP-ın yerli təşkilatları Ümummilli Lider Heydər Əliyevin ideyalarını rəhbər tutaraq Prezident, YAP Sədri İlham Əliyevin siyasətinə uyğun fəaliyyət göstərirlər. O, hesabat dövründə rayon təşkilatı tərəfindən müxtəlif sosial qrupları əhatə edən çoxsaylı tədbir və görüşlərin keçirildiyini qeyd edib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və inkişafında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir və mühüm uğurlar qazanır.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə çıxış edərək partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıblar.

Daha sonra YAP Ağcabədi rayon təşkilatının ərazi partiya təşkilatlarının nümayəndələri və gənc müəllim çıxış ediblər.

Konfransda YAP Ağcabədi rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib, partiyanın VIII Qurultayına nümayəndələr seçilib.

Tədbir YAP-ın himninin səsləndirilməsi ilə başa çatıb.

Keçidlər