Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin anım mərasimi keçirilib

04 yanvar 2023 | 09:21

Yanvarın 4-də I Qarabağ müharibəsində itkin düşmüş və sonradan şəhidlik statusu almış həmyerlilərimizin anım tədbiri keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qəsəbə sakinləri, məktəblilər iştirak ediblər.
Hindarx Şəhidlər Xiyabanında təşkil edilən anım tədbirində əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan bütün soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra tədbir iştirakçıları tərəfindən xiyabanda I Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən abidənin üzərinə çiçək dəstələri düzülüb. Ruhlarına dualar oxunub.
Çıxış edənlər tədbir iştirakçılarına şəhidlərin ömür və döyüş yolu haqqında məlumat verib, xalqımızın igid övladlarının göstərdikləri şücaətlərdən, Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərlə bitən Vətən müharibəsindən söz açıblar. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir qəhrəmanımızın xatirəsi daim qəlbimizdə yaşayacaq.

Keçidlər