Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin təltif olunduğu orden ailəsinə təqdim olundu

11 avqust 2022 | 08:46

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçuları medal və ordenlərlə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən xüsusi təyinatlıların kəşfiyyat komandiri, Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan, kapitan Mikayıllı Samir Sabir oğlu da ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Eləbu münasibətlə də Ağcabədi rayonunda təqdimat mərasimi keçirilib. Mərasimdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun “N” saylı hərbi hissəsinin ideoloji iş və mənəvi – psixoloji təminat üzrə komandir müavini, polkovnik-leytenant Cəbrayıl Nəbiyev, hüquq – mühafizə orqanlarının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məsul işçiləri, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, Salmanbəyli kənd sakinləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, bir qrup əsgər və zabitləriştirak ediblər. Mərasim iştirakçıları ilk öncə şəhid SamirMikayıllının dünyaya göz açdığı Salmanbəyli kəndində onun adına inşa edilmiş “ Şəhid Samir Mikayıllı adına xatirə parkını” ziyarət edib, parkda onun xatirəsinəucaldılmış büstün önünə tər çiçəklər düzərək xatirəsini yad ediblər. Ağcabədi Rayon İcra Hakimiyyətində davam edən təqdimat mərasimində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Vətən müharibəsindən sonra ölkə başçısı tərəfindən şəhid ailələrinin, qazilərin və müharibədə  şəhid olan hərbi qulluqçuların ailələrinin daim diqqətdə saxlanıldığını qeyd edib. Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov şəhid Samir Mikayıllının keçdiyi şərəfli döyüş yolundan, Şuşa uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlarından geniş söhbət açıb.

Sonda Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun “N” saylı  hərbi hissəsinin ideoloji iş və mənəvi – psixoloji təminat üzrə komandir müavini, polkovnik-leytenant Cəbrayıl Nəbiyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini şəhidin ailəsinə təqdim edib. 

Keçidlər