Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz son mənzilə yola salındı

14 sentyabr 2022 | 14:07

Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş əsgər Fərzəliyev Emin Elnur oğlunun nəşi doğulduğu Ağcabədi rayonuna gətirilərək Qəhrəmanlar Parkında dəfn olunub. Böyük izdihamla keçirilən vida mərasimində rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyəti iştirak edib. Şəhidin ruhuna dualar oxunub, müxtəlif şüarlar səsləndirilib.

Dəfn zamanı əbədi xatirə kimi saxlanılması üçün üçrəngli  müqəddəs bayrağımız şəhidin atasına təqdim olunub.

Keçidlər