Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Azad Tapdıqovun anım mərasimində iştirak edib

10 oktyabr 2022 | 10:36

Deyirlər torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. 44 günlük Vətən müharibəsi zamanı qanı qətrə- qətrə Vətən torpağına hopan, elə adı kimi azadlıq aşiqi, azadlıq sevdalısı, torpaqlarımızı düşmən tapdağından azad görmək istəyən şəhid Azad Tapdıqovdur. 

Oktyabrın 9-da Avşar kəndində şəhidin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəis müavini, şəhidin ailə üzvləri, media nümayəndələri və  kənd sakinləri iştirak etdilər. 

Rayon rəhbəri Rafil Hüseynov Vətən müharibəsində Cənab Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin əsl qəhrəmanlıq göstərdiklərini, bununla da ordumuzun gücünü bütün dünyaya göstərdiklərini bildirdi. İgid döyüşçünün ruhuna dualar oxundu. 

Qeyd edək ki, Azad Tapdıqov 1997-ci il fevralın 1-də Ağcabədi rayon Avşar kəndində anadan olub. O, evin tək oğul övladı idi. Aprel döyüşlərinin də iştirakçısı olmuşdu.

Vətən müharibəsi başlayan zaman Azad döyüşlərə yollanır. Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərək, şəhadətə ucalır. 

Azad Tapdıqov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “ Vətən uğrunda” “Cəsur döyüşçü” və digər  medallarla təltif olunub. 

Keçidlər