“Şəhərsalma və Memarlıq İli” çərçivəsində, 8 Noyabr – Zəfər Günü münasibətilə Ağcabədi rayonunda ağacəkmə aksiyası keçirilib.
04 noyabr 2026 | 15:05
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində, 8 Noyabr – Zəfər Günü münasibətilə Ağcabədi rayonunda ağacəkmə aksiyası keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər prospektində və Aşağı Avşar kəndi ərazisində keçirilən aksiya çərçivəsində həmişəyaşıl və meyvə ağacları olmaqla, ümumilikdə 1100 ağac əkilib və suvarılıb.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd Zəfər Gününün qeyd olunması ilə yanaşı, rayon ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi, ətraf mühitin mühafizəsi və yaşayış məntəqələrinin daha da abadlaşdırılmasına töhfə verməkdir.
Rayonda yaşıllıqların artırılması və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.






