Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərsalma nəzarətinin həyata keçirilməsinə dair müşavirə

26 avqust 2022 | 11:17

Avqustun 25-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhərsalma nəzarətinin həyata keçirilməsinə dair müşavirə keçirilib. Müşavirədə Ağcabədi Rayon İcra Hakimiyyətin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və şəhərsalma Baş İdarəsinin rəisi İlqar Sadıqov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 6 saylı ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, 40 saylı Yol İstismar İdarəsi, icra nümayəndələri, bələdiyyələr və digər qurumların nümayəndələri iştirak ediblər. 

Müşavirədə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dövlət şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və şəhərsalma Baş İdarəsinin rəisi İlqar Sadıqov, Dövlət Tikinti müfəttişliyinin Qarabağ Regional Tikinti müfəttişliyinin nümayəndəsi Valeh Mirzəyev və icra hakimiyyəti aparatının memarlıq və tikinti  şöbəsinin müdiri, baş memar Səfər Səfərov rayon ərazi vahidində qanunsuz tikililərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsindən danışıblar. Qeyd olunub ki, rayon icra hakimiyyəti tərəfindən ilin əvvəlindən indiyə kimi inşasına başlanılmış  26 qanunsuz tikinti obyektinə akt tərtib edilib. Obyekt sahibləri yazılı şəkildə məlumatlandırılmaqla tikinti işləri dayandırılaraq operativ qaydada aidiyyatı qurumlara  məktublar, teleqramlar göndərilib. Eyni zamanda Qarabağ Regional Memarlıq və şəhərsalma Baş İdarəsi rayon ərazisində ilin əvvəlindən indiyə kimi 6 sahibkarlıq obyektinin tikintisinə icazə sənədi verib. 

Müşavirədə xüsusilə vurğulanıb ki, rayon ərazisində aparılan tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun yerinə yetirilməsi daim nəzarətdə saxlanılır. Bu sahədə hər hansı qanun pozuntusunun qarşısının alınması və aradan qaldırılması üçün icra hakimiyyəti bundan sonra da öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəkdir. 

Sonda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi İlqar Sadıqov mövzu ətarfında ona ünvanlanan sualları cavablandırıb.

Keçidlər