Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 13-cü ili tamam olur.
13 fevral 2025 | 19:19
Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 13-cü ili tamam olur. Bu münasibətilə Ağcabədi rayonunda tədbir keçirilib.
Tədbirdə Ağcabədi rayon rəhbəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin kollektivi, YAP Ağcabədi rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də hərbi hissə komandirləri iştirak ediblər.
İştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, mayor Vasif Rzayev tədbirdə yaxından iştirak etdiynə görə icra başçısına öz təşəkkürünü bildirib.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov peşə bayramı münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin kollektivini təbrik edib, onlara canlığı, xidməti işlərində uğurlar arzulayıb.
Sonda xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir qrup əməkdaş Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunublar.