Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Sarvanlar kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

11 iyun 2025 | 18:29
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşları narahat edən problemlərin yerlərdə birbaşa həll edilməsi məqsədilə keçirilən səyyar qəbullar davam edir. İyunun 11-də daha bir görüş Sarvanlar kənd ümumi orta məktəbinin həyətində keçirilib. Qəbulda rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, həmçinin digər idarə müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak edib.
Sakinlərlə görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov son illər ölkəmizdə həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən söz açıb. İşğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq-abadlıq işlərindən də söz açan rayon rəhbəri hal-hazırda əsas resursların Qarabağa yönləndirildiyini, lakin buna baxmayaraq, digər bölgələrdə də bu işlərin lazımi səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra kənd sakinləri Adışirin Quliyev, Sənəm Həsənova, Ramil İsmayılov və digərləri çıxış ediblər. Müraciətlərdə əsasən içməli və suvarma suyu ilə bağlı ciddi problemlərin olduğunu bildirən sakinlər 1 ədəd subartezian quyusunun bərpasını, həmçinin iki ədəd subartezian quyusunun qazılmasını xahiş ediblər. Məsələ ilə bağlı aidiyyəti qurumun nümayəndəsi bildirib ki, çox qısa zamanda sözügedən subartezian quyusu bərpa olunacaq. Daha bir subartezian quyusunun qazılması isə artıq nəzərdə tutulub.
Bununla yanaşı, yeni məktəb binasının tikilməsi, məşğulluğun təmin olunması və digər məsələlərlə bağlı müraciətlər dinlənilib, qaldırılan məsələlərlə bağlı lazımi göstərişlər verilib, bəzi problemlərin həlli üçün isə vətəndaşlara müəyyən istiqamətləndirici tövsiyələr edilib.
Keçidlər