Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Sarıcalı kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

27 avqust 2025 | 17:48

Avqustun 27-də  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Sarıcalı kəndində səyyar qəbul keçirib. Rayon rəhbəri öncə hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxslərinin də iştirakı ilə I Qarabağ müharibəsində şəhid olmuş Müşfiq Uluxanovun büstünü ziyarət edib.

Görüş zamanı kənd sakinlərinin gündəmdə olan bir sıra sosial və təsərrüfat məsələləri dinlənilib.

Sakin Eldar Əkbərov əkin sahələrinin suvarılmasında çətinlik yaşadığını və pambıq əkinini suvara bilmədiyini qeyd edib. Problemin aradan qaldırılması üçün Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə göstəriş verilib.

Digər sakinlər - Elməddin Baxışov, Əvəz Əhmədov  və Oruc Baxışov da oxşar problemə toxunaraq yonca sahələrinin susuz qalmasından narahat olduqlarını bildiriblər. Hər üç müraciət yerində araşdırılıb, su təminatının bərpası üçün müvafiq tapşırıqlar verilib.

Suvarma ilə bağlı daha bir müraciəti Rafiq  Dadaşov edib. Belə ki, o, 3 ha bağ sahəsinin suvarıla bilmədiyini deyərək dəstək istəyib. Bu istiqamətdə aidiyyəti qurumlara tapşırıq verilib və vətəndaşa tədbirlərin görüləcəyi bildirilib.

Kənd sakini Tahir Baxışov isə həyətinə və pay torpağına xidmət edən bir ədəd bərpa olunmuş subarteziana yeni transformatorun quraşdırılması ilə bağlı müraciət edib. Məsələ su və enerji təchizatı ilə bağlı aidiyyəti qurumlara yönləndirilib.

Bundan əlavə, digər kənd sakinləri, özünüməşğulluq, mənzillə təmin olunma ilə bağlı köməklik istəyiblər. Ümumilikdə, qəbul zamanı vətəndaş müraciətlərinin əksəriyyəti yerindəcə cavablandırılıb, bir sıra məsələlərin icrası nəzarətə götürülüb, bəzi məsələlərlə bağlı vətəndaşlar aidiyyəti  qurumlara yönləndiriliblər.

Keçidlər