Salmanbəyli kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Salmanbəyli kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun daha bir səyyar qəbulu fevralın 25-də Salmanbəyli kəndində keçirilib.
Öncə çıxış edən rayon rəhbəri sonra mövcud problemləri bildirmək üçün sözü qəbul iştirakçılarına verib. Kənd sakini Vüqar Məmmədov müraciətində əkin sahələrinin suvarılmasında çətinliklərin olduğunu bildirərək köməklik göstərilməsini xahiş eedib. İcra başçısı məsələ ilə bağlı müvafiq izahat verib və əkin sahələrin suvarılması ilə bağlı yaranmış problemləri diqqətə çatdırıb. Bununıla yanaşı, qaldırılan məsələnin yerində araşdırılması və həlli ilə əlaqədar Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə tapşırıq verib.
Digər sakin Firudin Əliyev isə kənd ərazisində içməli suda problemlərin olduğunu bildirib. Bu problemlə əlaqədar müəyyən izahat verən rayon rəhbəri həmçinin burada 1 ədəd içməli, 1 ədəd suvarma suyu üçün subartezian quyusunun qazılmasının vacibliyini qeyd edib. Məsələ ilə bağlı aidiyyəti üzrə məktub yazılması üçün RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdirinə lazımi tapşırıq verib.
Ramil Həsənov və Əliağa İsmayılov isə kənd ərazisində elektrik xətlərinin qəzalı vəziyyətdə olduğunu və təhlükə yaratdığını bildirərək kabelləşmənin aparılmasına köməklik göstərilməsini xahiş ediblər. Yaranmış problemə yerində aydınlıq gətirilməsi, həmçinin müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Ağcabədi Elektrik Şəbəkəsinə tapşırıq verilib. Eyni zamanda kənd ərazisində kabelləşmənin aparılmasının nəzərdə tutulduğu da sakinlərin diqqətinə çatdırılıb.