Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Şahsevən Təzəkənd kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

22 avqust 2025 | 18:37

Avqusun 20-də  Şahsevən Təzəkənd kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun  növbəti səyyar qəbulu keçirilib . Şahsevən Təzəkənd kəndində  keçirilən səyyar görüş zamanı kənd sakinləri tərəfindən müxtəlif məsələlər üzrə müraciətlər edilib.

    Kənd sakini Zakir  Məmmədov kəndin ərazisindən keçən 10 kilovoltluq elektrik xətlərinin və dayaqlarının qəzalı vəziyyətdə olduğunu bildirib, onların təmir olunmasına köməklik göstərilməsini xahiş edib. Müraciət araşdırılıb və cari təmir işlərinin görülməsi məqsədilə Ağcabədi Elektrik Şəbəkəsinə müvafiq tapşırıq verilib.

   Digər kənd sakini Eldar  Bayramov isə ümumiyyətlə, elektrik  xətlərin kabelləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. İcra başçısı mövcud vəziyyəti izah edərək kabelləşmənin mərhələli şəkildə həyata keçirildiyini bildirib və cari təmir üçün müvafiq göstərişlər verib.

  Qəbul iştirakçısı Şahin  Bayramov  pay torpaq sahələrinin suvarılmasında istifadə edilən subartezian quyusunun yararsız olduğunu qeyd edib. Suvarma probleminin həlli məqsədilə Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə tapşırıq verilib, subartezian quyusunun bərpası cari ilin planına salınıb.

  Qəbul zamanı digər vətəndaşlar da sosial, infrastruktur və kommunal sahələrə dair müraciətlərlə çıxış edib, onların hər biri diqqətlə dinlənilib və qaldırılan məsələlər nəzarətə götürülüb. Müraciətlər üzrə aidiyyəti qurumlara tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Keçidlər