Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Sağlam qidalanma vərdişləri mövzusunda maarifləndirici tədbir keçirildi.

17 oktyabr 2025 | 16:59

    “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5. bəndinin və Azərbaycan Respubikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-ı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 3.3.7.4-cü bəndinin icrası ilə bağlı xüsusi həssas əhali qruplarının - uşaqların, hamilə qadınların və digər risk qrupuna daxil olan şəxslərin sağlam qidalanmasının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində oktyabrın 15-də Ağcabədi rayonunda maarifləndirici diskussiya təşkil olunub.

   “Konstitusiya və Suverenlik İli”nə dair keçirilən tədbir Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin birgə təşkilatçılığı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin binasında baş tutub.

   Diskussiya şəklində keçirilən maarifləndirici görüşdə vətəndaşlara sağlam qidalanma qaydaları, düzgün qida seçimi, körpə və uşaqların qidalanmasında diqqət yetirilməli məqamlar, hamilə və laktasiya dövründə olan qadınların ehtiyaclarına uyğun qidalanma prinsipləri barədə geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla interaktiv müzakirələr aparılıb, verilən suallar cavablandırılıb və praktik tövsiyələr təqdim olunaraq iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

   Tədbirin əsas məqsədi əhalinin sağlamlığının qorunması, düzgün qidalanma vərdişlərinin formalaşdırılması və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsidir.

Keçidlər