Şriftin ölçüsü :

Saytın rəngi :

“Region Gəncləri: Gücümüz Birliyimizdir!” adlı regional konfrans həyata keçirilib.

28 dekabr 2023 | 20:30

“Heydər Əliyev İli” çərçivəsində “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə Ağcabədi regional “ASAN xidmət” mərkəzində “Region Gəncləri: Gücümüz Birliyimizdir!” adlı regional konfrans həyata keçirilib.

Konfrans Ağcabədi regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin, Qarabağ regional DOST Mərkəzinin,”Regional İnkişaf” İctimai Birliyinin,Qarabağ Regional Mədəniyyət İdarəsinin, ADPU-nun Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının,Ağcabədi Pedaqoji Kollecinin birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilib.

İlk növbədə qonaqlar təşkilatlar tərəfindən hazırlanmış könüllü stendləri ilə tanış olublar.

Daha sonra Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktoru Rəhim Qarayev tərəfindən 2023-cü il ərzində mərkəz ilə fəal şəkildə əməkdaşlıq göstərmiş Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin, ADPU-nun Ağcabədi filialı, Qarabağ Regional Mədəniyyət İdarəsi, Ağcabədi Pedaqoji Kollecinin nümayəndələri təltif edilib.

Ardınca ASAN xidmət, GTM Qarabağ regional ofisi DOST mərkəzi, RİİB, və TGT-nin nümayəndələrinin iştirakı ilə panel görüş həyata keçirilib. Görüş zamanı nümayəndələr tərəfindən iştirakçılara təşkilatları barədə məlumatlar verilib, verilən suallar cavablandırılıb.

Yekunda isə Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Musiqi Məktəbi tərəfindən musiqili kompozisiya təqdim olunub.

Konfrans ümumilikdə 100-ə yaxın gəncin iştirakı ilə həyata keçirilib. Konfransın məqsədi Ağcabədi rayonunu əhatə edən gənclərlə çalışan qurumların həmrəyliyini nümayiş etdirməkdir.

Keçidlər