Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhid ailələrini ziyarət edib.

09 iyun 2025 | 18:25

Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, müavinlər, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri mütəmadi olaraq şəhid ailələrinin evinə baş çəkir, onlara bayram sovqatları təqdim edirlər.
Qurban bayramı ərəfəsində, iyunun 5-də rayon rəhbəri Rafil Hüseynov, hüquq mühafizə orqanı, aparatın məsul əməkdaşları, eləcə də Yaşat Fondunun Ağcabədi regional ASAN xidmət mərkəzi üzrə nümayəndələri ilə birlikdə antiterror əməliyyatları zamanı şəhid olmuş Məmmədov Röyal Asif oğlunun Hindarx qəsəbəsində yaşayan ailəsini ziyarət edib. Çay süfrəsi arxasında aparılan səmimi söhbət zamanı icra başçısı ailənin qayğıları ilə maraqlanıb, problemlərin həlli ilə bağlı kömək göstəriləcəyini bildirib. Şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan şəhidin ailə üzvləri buna görə dövlət başçısına minnətdar olduqlarını söyləyiblər.
Görüşdə “PAŞA Holding” və Bravo supermarketlər şəbəkəsinin “Vətən əmanətlərinin keşiyindədik” layihəsi, eləcə də Yaşat Fondunun dəstəyi ilə keçirilən “Hədiyyə karvanı” sosial layihəsi çərçivəsində şəhid övladlarına bayram hədiyyələri təqdim olunub.
Qeyd edək ki, bayram münasibətilə rayon icra hakimiyyətinin digər məsul şəxsləri Ağcabədi şəhəri, eləcə də Yuxarı Qiyaməddinli, Arazbar, Sarvanlar, Minaxorlu, Hüsülü, Hacıbədəlli, Şənlik və Avşar kəndlərində də şəhid ailələrini ziyarət edərək bayram sovqatları çatdırıblar.

Keçidlər