Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində pambıq yığımı davam edir

29 noyabr 2023 | 19:09

Respublikamızın bir çox bölgələrində olduğu kimi, rayonumuzda da pambığın mexaniki üsulla yığımı davam edir.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən noyabrın 29-dək rayon üzrə 30847.38 ton xam pambıq məhsulu qəbul məntəqələrinə təhvil verilib. Təhvil verilən məhsulun 12768.63 tonu “MKT-İK” MMC, 9489.10 tonu “Azərpambıq” ASK, 6178.23 tonu “P-Agro” MMC, 119.74 tonu “Azərtəsərrüüfat” MMC, 2147.53 tonu “Cotton Trade” MMC, 144.15 tonu isə “AŞİB” MMC-nin payına düşür.

Qeyd edək ki, bu il pambıq yığımına 55 ədəd kombaynın cəlb edilib.

Onlardan 19 ədədi “MKT-İK” MMC , 17 ədədi “Azərpambıq” ASK,  12 ədədi “P-Agro” MMC, 4 ədədi isə Cotton Trade” MMC-yə məxsusdur.

Hava şəraitinin imkan verdiyi təqdirdə pambıq yığımının itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.

Keçidlər