Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ramazan ayında Ağcabədidə şəhid ailələri ziyarət olunub və iftar süfrələri təşkil edilib.

19 mart 2026 | 17:11

Müqəddəs Ramazan ayı münasibətilə 2026-cı il martın 4-dən etibarən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayon icra hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə şəhid ailələri ilə birgə iftar süfrələri təşkil olunmuşdur.

Şəhid Samir Mikayıllı, Əlimərdan Qəhrəmanov, Cəmaləddin Məmmədov, Mahir Cəfərov, Ömər Rəhimli, Təhmasib Qarayev, Xəzər Bayramov, Vilayət Əhmədov, Naim Ağayev, Habil Baxışov və Asim Mehdiyevin ailələrinin yaşadıqları evlərdə təşkil edilən iftar süfrələrində qazilər, digər şəhid ailələrinin üzvləri, eləcə də media nümayəndələri iştirak etmişlər.

Keçirilən məclislərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur. Rayon icra hakimiyyətinin başçısı və digər iştirakçılar çıxışlarında belə mənəvi görüşlərin cəmiyyətimizdə həmrəyliyin və birliyin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulamış, şəhid ailələrinə göstərilən dövlət qayğısının daim diqqət mərkəzində saxlanıldığını bildirmişlər.

Şəhid ailələrinin üzvləri isə öz növbələrində onlara göstərilən diqqət və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər