Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət olunub.
Azərbaycan xalqı artıq ikinci ildir ki, Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi, Qələbə ab-havasında qarşılayır. Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ailələri ziyarət olunur, ölməz xatirələri bir daha dərin ehtiramla yad edilir.
Ənənəyə sadiq qalaraq GTM Qarabağ ofisinin əməkdaşları tərəfindən Müqəddəs Qurban bayramı münasibətilə Qaravəlli kəndində Füzulinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Xəzər Azad oğlu Bayramovun və Qiyaməddinli kəndində Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Məhəbbət Arzu oğlu Quliyevin ailələri ziyarət olunub.
Ziyarət zamanı GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı torpaqlarımızın işğaldan azad edilməsində öz canlarından keçən şəhidlərə dövlət səviyyəsində olan diqqətdən söz açıb, ölkəmizin hər yerində olduğu kimi,Ağcabədidə də şəhid ailələrinin problem və qayğılarının ən ümdə məsələ olduğunu vurğulayıb. Qeyd edib ki, ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Buna görə də hər bir şəhidin keçdiyi həyat yolu gənclərimiz üçün canlı bir nümanədir və bu səbəbdən də gənclərimizin şəhid ailələrini ziyarət etməsi, onların döyüş yolu ilə yaxından tanış olmaları gələcək nəsillərdə vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda GTM Qarabağ ofisi və GÜVƏN Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən ailələrə bayram sovqatı da çatdırılıb.