Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə şəhid ailələri, müharbə əlilləri, aztəminatlı ailələr ziyarət olunur

08 iyul 2022 | 16:43

Qurban bayramı ərəfəsində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, Vətən müharibəsi əlilləri və aztəminatlı ailələr ziyarət edilir, onlara bayram sovqatları aparılır.

İyulun 8-də rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın məsul əməkdaşları və media mənsublarının iştirakı ilə şəhid Mirəli Hüseynov, Məhəmməd Məmmədovun ailəsi, eyni zamanda Vətən müharibəsi qaziləri Samir Mamedov, Kamran Sadıqov və aztəminatlı sakin Xanım Kərimova ziyarət olunub.

Ziyarətlər zamanı icra başçısı bu müqəddəs bayram münasibətilə ailələri təbrik edib, şəhidlərimizin yaxınlarına səbr diləyib. Bildirilib ki, qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Müharibə dövründə Ordumuza xalqın mənəvi dəstəyi bir daha diqqətə çatdırılıb. Ölkə başçısı tərəfindən şəhid ailələrinin, müharibə veteranlarının və əlillərin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı ifadə edilib.

Görüşlər zamanı şəhid ailələri və qazilər onlara göstərilən bu diqqətə görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bayram günlərində rayon üzrə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və aztəmianatlı ailələrin ziyarəti davam etdiriləcək.

Keçidlər