Şriftin ölçüsü :

Saytın rəngi :

Qiyaməddinli kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

02 aprel 2025 | 21:12
Qiyaməddinli kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Aprelin 2- də Qiyaməddinli kəndində Ağcabədi Rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.
Qiyaməddinli kənd tam orta məktəbinin həyətində təşkil olunan görüşdə icra başçısı ilə yanaşı hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Çıxış edən rayon rəhbəri Rafil Hüseynov təsərrüfatla bağlı ətraflı danışıb. Artıq rayonda çiyid səpininə başlanıldığını qeyd edən icra başçısı bildirib ki, səpin aparılan zaman çiyidin keyfiyyətinə ciddi fikir verilməlidir. Həmçinin taxılla bağlı danışan Rafil Hüseynov suvarmada mövcud olan çətinliklərdən söz açıb, bununla bağlı tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.
Sonra sakinləri narahat edən məsələlərin öyrənilməsi üçün söz qəbul iştirakçılarına verilib.
Kənd sakinləri Bakir Allahverdiyev və Eyvaz İbrahimov başqaları mövcud problemləri diqqətə çatdıraraq köməklik göstərilməsini xahiş ediblər. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib.
Keçidlər