Qeyri-formal məşğulluğa nəzarət
Noyabrın 10-da Ağcabədi Rayon İcra Hakimiyyətində Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilib. İclas komitənin sədri, Rayon İcra Hakimiyyəti Başcısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xətai Zeynalovun sədrliyi və komissiyanın üzvlərinin iştirakı ilə baş tutub. İclasın gündəliyində duran əsas məsələ Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsi olub.
İclasa giriş sözü ilə başlayan Xətai Zeynalov ilk öncə əlaqələndirmə komitəsinin fəaliyyətindən, komitə üzvlərinin üzərinə düşən öhdəliklərdən danışıb və gündəlikdəki məsələnin aktuallığını bir daha iştirakçıların diqqətinə çatdırıb. Daha sonra mövzu ətrafında fikirlər səsləndirilib. Qarabağ Regional Məşğulluq filialının Ağcabədi Xidmət Şöbəsinin müdiri Toğrul Bünyatov “Qeyri formal məşğulluq” barədə ətraflı məlumat verib və bu sahədə nəzarəti həyata keçirən orqanların öhdəliklərindən danışıb.
Ümumilikdə çəxəşlat zamanı qeyri-formal məşğulluğun mənfi təsirləri və onun qarşısının alınması sahəsində birgə maarifləndirmə, məlumatlandırma və təbliğat işinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.