Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaş köməyi: Ağcabədidən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək

15 fevral 2023 | 09:46

Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimi, Ağcabədi rayonu da qoşulub.

Zəlzələ bölgəsinə enerji təminatı məqsədilə 7 ədəd generator, uşaqlar üçün 100 ədəd isti geyim, 250 ədəd açılıb-yığılan çarpayı, 100 ədəd qızdırıcı cihaz göndərilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Keçidlər