Qaravəlli kənd bələdiyyəsinin təşkilatçılığı ilə kəndarası yollarının əsaslı şəkildə təmirinə başlanılıb.
Qaravəlli kənd bələdiyyəsinin təşkilatçılığı ilə Qiyammədinli kənd ərazisində yerləşən kəndin mərkəzi və kəndarası yollarının əsaslı şəkildə təmirinə başlanılıb. Belə ki, 15 gündən artıq davam edən quruculuq işlərində uzun illərdir bərbad vəziyyətdə olan, təxminən 12, 13 km məsafəni əhatə edən yol yataqları bərpa olunub, yolun müəyyən hissəsinə çınqıl döşənib. Qeyd edək ki, yolun qalan hissəsinin də bərpası bundan sonra da nəzərdə tutulur. Görülən işlərlə yanaşı həmçinin kəndarası dalanlar genişləndirilib.
Əlavə olaraq qeyd edək ki, Qiyammədinli kənd ərazisində yerləşən, mərkəzi yolun kənarından keçən, kənd sakinlərinin həyatyanı təsərrüfatlarının suvarılması üçün nəzərdə tutulan, 1,5 km. uzunluqda olan su arxının təmizlənməsi işləri də həyata keçirilib. Burada avtomobillərin rahat gediş-gəlişi üçün keçidlərə iriölçülü borular basdırılıb, eləcə də su keçidləri üçün köhnə borular yeniləri ilə əvəzlənib.






