Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Qaradolaq kəndində Zəfər Parkının açılışı olub.

15 oktyabr 2025 | 18:54

Oktyabrın 15-də xarici ölkədə yaşayan kənd sakinlərinin təşəbbüsü və maddi dəstəyi ilə Ağcabədi rayonun Qaradolaq kəndində Zəfər Parkı sakinlərin istifadəsinə verilib. Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,  Milli Məclisin deputatı Tahir Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Öncə I Qarabağ müharibəsi şəhidi Hamlet Məmmədovun büstü ziyarət olunub.

   Açılış tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda sinəsini sipər edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Tədbirin moderatoru sakinlərin bu nəcib təşəbbüsünə maddi və mənəvi dəstək verən hər kəsə - Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova, Millət vəkili Tahir Rzayevə və digərlərinə  sakinlər adından minnətdarlığını bildirib.

   Çıxış edən Milli Məclisin deputatı Tahir Rzayev vətən müharibəsi və anterror əməliyyatları zamanı qəhrəman oğullarımızın  göstərdiyi şücaətdən  söz açaraq, bu gün açılışı olan Zəfər parkının gənclərimiz üçün gözəl bir nümunə olduğunu bildirib. O, qeyd edib ki, şəhid ailələrinə, qazilərimizə dövlət tərəfindən həmişə dəstək var. Amma məhz sakinlərin də belə bir təşəbbüs göstərməsi, şəhidlərimizin xatirəsini daim yaşatmaq istəyi təqdirəlayidir.

   Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında parkın açılışı münasibətilə kənd sakinlərini təbrik edib. Parkın adının zəfərə, qələbəyə aid olduğunu bildirən rayon rəhbəri  bu parkda həmişə qazanılan qələbələrin qeyd olunmasını arzulayıb. İcra başçısı həmçinin qeyd edib ki, bu  təkcə arzu deyil. Ölkə başçımızın həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bizi daim qələbələrə apardığına  hər birimiz şahidlik edirik.

   Digər çıxış edənlər – Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, əslən Qaradolaqdan olan Vaqif Qarayev, kənd ağsaqqalı Şəfa Məmmədov,  I Qarabağ müharibəsi qazisi  Qoşqar Qarayev, ziyalı Abbas Abbasov, Qaradolaq kənd tam orta məktəbinin direktoru  Əfsun Bağırov,  vətən müharibəsi qazisi  Zəfər Təhməzov kənd sakinlərinin brliyindən danışıb, torpaqlarımızın azadlığı uğrunda canından və qanından keçmiş şəhidlərimizin xatirəsini yaşatmağın hər birimizin borcu olduğunu bildiriblər. Qeyd olunub ki, Zəfər Parkı həm də gənc nəslin tərbiyəsində mühüm rol oynayacaq bir məkandır.

   Sonra qonaqlar  parka birgə baxış keçirib, sakinlərə xoş istirahət arzulayıblar.

Keçidlər