Qaradolaq kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbullar 2025-ci ildə də mövcud qrafik əsasında davam etdirilir. Növbəti qəbul Qaradolaq kəndində, 1 saylı tam orta məktəbin iclas zalında keçirilib. Qəbulda həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə, müsəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun giriş nitqindən sonra söz qəbul iştirakçılarına verilib. Burada əsasən suvarma suyunun istifadəsinə maneə yaradan problemlərdən danışılıb və bu problemlərin həlli üçün köməklik göstərilməsi xahiş olunub. Məsələyə aidiyyəti üzrə aydınlıq gətirilib, bəzi anlaşılmaz məqamların dəqiqləşdirilməsi üçün isə qəbuldan sonra sakinlərlə birgə sözügedən ərazilərə baxış keçirilməsi, mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib. Bundan əlavə, qəbulda icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı da müraciətlər olunub və həmin şəxslər aidiyyəti üzrə istiqamətləndiriliblər.