Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib.
30 may 2025 | 15:37
Mayın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib.
Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə müvafiq tapşırıqlar verib.