Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

01 oktyabr 2025 | 17:15

“1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü” münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilib.

   Öncə Ağcabədi Rayon Prokurorluğunun kollektivi tərəfindən Qəhrəmanlar parkında “Əbədi məşəl” abidəsi və  vətən şəhidlərinin məzarları ziyarət olunub.

   Sonra tədbir iştirakçıları - Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi rayon prokurorluğunun kollektivi,  hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ağcabədi rayon təşkilatının sədri və hərbi hissə komandirləri Ulu öndər Heydər Əliyevin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsini ziyarət edərək, onun xatirəsini ehtiramla yad ediblər.

   Rayon prokurorluğunun inzibati binasında davam edən tədbirdə açılış nitqi ilə  Ağcabədi rayon Prokuroru, Baş Ədliyyə Müşaviri Vüqar Hacıyev çıxış edərək bildirib ki,  Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ölkəmiz  müstəqillik qazandıqdan sonra dövlətimizə və vətəndaşlarımıza qarşı yönəlmiş cinayətlərin qarşısının alınması istiqamətində prokurorluq orqanlarının gördüyü mühüm işlərdən, çətin və şərəfli fəaliyyətindən söz açan  Vüqar Hacıyev əlamətdar gün münasibətilə prokurorluq işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O da qeyd  olunub ki, Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.

   Digər çıxış edənlər – icra başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Məhkəməsinin sədri Sulduz Ləzimov, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi Knyaz Həsənov da təbriklərə qoşulublar. Çıxışlarda vurğulanıb ki, tarixin ən keşməkeşli dövrlərində Azərbaycan Respublikası Prokurorluğu dövlətin və xalqın maraqlarını daim uca tutmuş və sədaqət nümayiş etdirmişdir. Bu məsuliyyətli orqan istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də sonrakı dövrlərdə daim dövlətçiliyin qorunmasına xidmət edib, qanunların və insan hüquqlarının pozulmasına qarşı barışmaz mövqedə olub.

   Daha sonra  rayon prokurorluğunun bir qrup əməkdaşı işində səmərəli fəaliyyətinə görə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif edilib.

   “1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü”nə həsr olunmuş tədbir çay süfrəsi ətrafında davam etdirilib.

 

Keçidlər