Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Poladlı kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

10 dekabr 2025 | 17:51
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu dekabrın 10-da Poladlı kəndində təşkil olunub. Qəbuldan öncə Poladlı kənd tam orta məktəbinin həyətində məktəbin məzunu olmuş şəhidlərin xatirə lövhələri ziyarət edilib, önünə gül dəstələri düzülüb.
 
Akt zalında keçirilən qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov kəndin mövcud sosial-infrastruktur problemlərindən bəhs edib. O, kəndarası yolların təmiri və digər məsələlərin həlli istiqamətində görüləcək tədbirlər barədə məlumat verib.
 
Görüşdə çıxış edən kənd sakinləri müəyyən ərazilərdə elektrik dirəklərinin yararsız vəziyyətdə olması, işıqlandırma, suvarma, yol çətinlikləri kimi məsələləri qaldırıblar. Eyni zamanda, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün ayrılmış ərazidə yaşıllığın salınması məqsədilə ağac tinklərinin əldə olunmasına köməklik göstərilməsi, vətənpərvərlik ruhunun aşılanması məqsədilə tədbirlərin təşkili və digər bu kimi təkliflər də səsləndirilib.
 
Diqqətəçatdırılan problemlər və təkliflər dinlənilib, cavablandırılıb və onların həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Keçidlər