Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

“Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində Ağcabədidə əhali ilə görüş keçirilib

31 iyul 2026 | 19:47

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 31 iyul 2026-cı il tarixində Ağcabədi rayonunda  “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində yerli əhali görüş keçirilib.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunaraq önünə gül dəstələri qoyulub, azadlığımız uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ailə institutunun möhkəmləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin sağlam mühitdə böyüməsinin vacibliyindən danışıb. O, müasir dövrün sosial çağırışları fonunda maarifləndirmə işlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Rafil Hüseynov milli-mənəvi irsin qorunmasının cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynadığını bildirərək, “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsinin bu istiqamətdə səmərəli platforma olduğunu qeyd edib. İcra başçısı layihənin ailə dəyərlərinin təbliği, gənclərin düzgün istiqamətləndirilməsi və cəmiyyətdə sağlam ictimai mühitin formalaşdırılmasına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova layihənin əsas məqsədinin cəmiyyətdəki sosial problemlərin həllinə ziyalıları, elm və mədəniyyət xadimlərini fəal cəlb etmək, əhali ilə davamlı dialoq qurmaq və maarifləndirmə işini sistemli şəkildə aparmaq olduğunu diqqətə çatdırıb. O, Ağcabədi rayonunda yeni yaradılan əlaqələndirici qrupun bu fəaliyyətlərin tənzimlənməsində mühüm rol oynayacağını bildirib.

Sədr müavini vurğulayıb ki, dövlət tərəfindən ailə, qadın və uşaq hüquqlarının müdafiəsi, gənclərin sosial rifahı və sağlam inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, erkən evliliklərin və ailə münaqişələrinin qarşısının alınmasında, valideyn məsuliyyətinin artırılmasında hər bir vətəndaşın fəal mövqeyinin və ziyalıların maarifləndirici rolunun vacibliyi xüsusi qeyd olunub. Sədaqət Qəhrəmanova vətənpərvər, məsuliyyətli və sağlam düşüncəli gəncliyin yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladıb.

Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA üzrə gender məsələlərinə dair məsul şəxs Mahrux Abbasova çıxışında bildiriib ki, ailənin gələcəyi böyük qərarlarla yanaşı, həm də kiçik addımlardan, ailəyə vaxt ayırmaqdan, uşaqları dinləməkdən ibarətdir. Ailə üzvləri bir-birinə hörmət etməklə cəmiyyətdə də qarşılıqlı hörmət mühitinin formalaşmasına şərait yaradırlar. Gələcəyə olan inam və ümid məhz ailədən başladığını vurğulayıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov ailənin mühüm sosial institut olduğunu vurğulayaraq, onun qorunmasına dair sistematik işlərin aparılmasının vacibliyindən danışıb. Eyni zamanda, reproduktiv sağlamlığın qorunmasının bugünkü gündə böyük əhəmiyyət kəsb etdiyini və gənclərin bu sahədə daha məlumatlı olmalarına ehtiyac olduğunu diqqətə çatdırıb.

Müzakirələr zamanı yeni yaradılmış yerli Əlaqələndirici Şuranın üzvləri, Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, “Aran yolu” qəzetinin redaktoru Məhsəti Ağayeva, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev və Ağcabədi RİH başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova çıxış edərək layihənin aktuallığını yüksək qiymətləndiriblər. Onlar ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin tərbiyəsi və maarifləndirmə işinin miqyasının genişləndirilməsi ilə bağlı dəyərli fikir və təkliflərini irəli sürüblər.

Keçidlər