Pambığın vaxtında və itkisiz yığılması ilə əlaqədar tədbir keçirilib
Sentyabrın 1-də Ağcabədidə pambığın vaxtında və itkisiz yığılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi, Ağcabədi Rayon Yanğından Mühafizə idarəsinin nümayəndəsi, zavod direktorları, aqronomlar, pambıq əkən bir qrup fermerlər və rayon icra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon rəhbəri Rafil Hüseynov pambıq yığımının vaxtında və itkisiz başa çatdırılması üçün fermerlər, şirkətlərin ərazi aqronomları və ərazi nümayəndələri ilə birgə iş qrafiki ilə işləmələrinin təmin olunmasını diqqətə çatdırıb. Tədbirdə məruzə ilə çıxış edən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov 2022-ci ildə əkilmiş pambıq sahələrinin alaq otlarından təmizlənməməsi, sifarişçi təşkilatların zəif fəaliyyəti, nisbətən susuzluqdan və torpaq şəraitindən asılı olaraq 50 faizdən çox ağarmış hektaradək olan sahələrdə pambığın əllə yığımının təşkilindən danışıb. Məruzəçi eyni zamanda ayrı-ayrı məntəqələrdə pambığın qəbulu zamanı fermerlərin laboratoriya analizlərinin nəticələrindən narazı qalmaması üçün pambıq sahələrində yığımqabağı becərmənin vəziyyəti barədə zavodlar tərəfindən indiyədək dövləq aqrar inkişaf mərkəzinə təqdim edilməsini də qeyd edib.
Sonda fermerlərin pambıq sahələri yoxlanarkən nisbətən yetkin sahələrin defolyasiyası üçün seçilməsi və havaların əlverişli keçməsindən istiafdə etməklə aqreqatlardan maksimum səmərəli istifadə edilməsindən və pambıq yığımında baş verə biləcək çatışmazlıqlarla bağlı verdikləri suallar mütəxəssislər tərəfindən cavablandırılıb.