“Olimpiya Ağcabədi”dən Qızıl dubl!
11 avqust 2024 | 18:08
Avqustun 11-də Ağcabədi Olimpiya İdman Kompleksində AHFF-nin Ölkə Kubokunun
final mərhəsində yerli “Ağcabədi Olimpiya” və Salyanın eyniadlı komandası, “Salyan”
futbol komandaları həlledici mərhələdə üz-üzə gəliblər.
Oyunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Polis şöbəsinin rəisi Knyaz Həsənov, AHFF-nın prezidenti Rüfət Əmirov, AHFF-nin baş katibi Füzuli Nəcəfov, AFFA Regional Futbol Liqasının prezidenti, Şöhrət ordenli, prezident təqaüdçüsü, məşhur futbolçu İsgəndər Cavadov, “Neftçi” futbol komandasının canlı əfsanəsi, futbol veteranı Asif Əliyev, Qarabağ ərazisi üzrə futbolun rəhbəri Əliş Məmmədov, Bərdə futbol klubunun rəhbəri Əli Quliyev, Qarabağ Regional İdman İdarəsinin sektor müdiri Anar Şahbazov, Qarabağ Refional Gənclər və İdman idarəsi üzrə Ağcabədi Gənclər və İdman sektorunun müdiri Rüfət Quliyev və digərləri rəsmi qonaq, eləcə də tamaşaçı qismində iştirak ediblər. İlk öncə hər iki komandanın futbolçuları Azərbaycanın Dövlət bayrağı ilə meydana daxil olublar, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər - AFFA Regional Futbol Liqasının prezidenti İsgəndər Cavadov və AHFF-nın prezidenti Rüfət Əmirov hər iki komandanın üzvlərini yarışın final mərhələsinə yüksəldiklərinə görə təbrik ediblər, onlara həlledici oyunda uğurlar arzulayıblar. Natiqlər
artıq regionlarda da futbolunun yüksək inkişaf mərhələsində olduğunu qeyd ediblər.
Çoxsaylı futbol azakeşlərinin izlədiyi oyun 18:00-da start götürüb. Baş hakim Rövşən
Rəcəbovun idarə etdiyi oyunun ilk hissısində “Olimpiya Ağcabədi” komandası rəqibinin
qapısından nə az, nə çox, düz 4 top keçirib. İlk hissə elə bu hesabla da başa çatıb.
İkinci hissədə öz oyununu əsasən əks-hücumlar üzərində quran yerli komanda rəqibi daha bir dəfə cəzalandırıb – 5 : 0. Oyuna artırılan əlavə vaxtda “Salyan” futbolçuları bu
toplardan yalnız birinin əvəzini qapımıza təyin olunan penaltidən çıxa bilib. Yekunda, “Olimpiya Ağcabədi” komandası “Salyan” komandası üzərində 5:1 hesabı ilə parlaq və
inamlı qələbə qazanaraq Ölkə Kubokunun qalibi olub.
Oyun başa çatdırdıqdan sonra AFFA və AHFF rəsmiləri yarışın qızıl və gümüş medallarını müvafiq olaraq 1-ci və 2-ci yerin sahiblərinə təqdim ediblər. Yarışın kubokunu isə qalib komanda, “Olimpiya Ağcabədi” komandası öz başı üzərinə qaldırıb.
Beləliklə, bu nəticə ilə mövzümü iki kubokla başa vuran Ağcabədi təmsilçisi həm də
“Qızıl dubl”a imza atıb. Qeyd edək ki, iyulun 28-də Şirvan şəhərində AHFF-nin müntəzən Ölkə Çempionatının finalında Mingəçevirin “Ulduz” komandasını məğlub edən “Olimpiya Ağcabədi” həmin yarışın da kubokunu qazanmışdı.
Bizlər də parlaq qələblər qazanaraq, öz aktivinə ciddi nəticələr yazdırmağı bacaran
doğma komandamızı hər iki çempionluq münasibətilə təbrik edir, komandaya bundan
sonrakı oyunlarında da uğurlar arzu edirk!