Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Nəcəfqulubəyli kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

02 iyul 2025 | 18:34
İyulun 2--də Nəcəfqulubəyli kənd tam orta məktəbinin həyətində Ağcabədi Rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu keçirilib. Öncə I Qarabağ müharibəsində həlak olmuş şəhid Rahim İbrahimovun məktəbin həyətindəki büstü ziyarət olunub, önünə tər güllər düzülüb.
Görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov çıxış edərək ölkədə və rayonda aparılan sosial-iqtisadi islahatlardan, həyata keçirilən infrastruktur layihələrindən danışıb. O, dövlət başçısının tapşırığı ilə yerlərdə əhalinin qayğı və problemlərinin öyrənilməsi məqsədilə keçirilən səyyar qəbul və görüşlərin vacibliyini vurğulayıb.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Çıxış edənlər əsasən kənddaxili yolların asfaltlanması, elektrik təchizatının yaxşılaşdırılması, meliorativ tədbirlərin aparılması və digər sosial məsələlərlə bağlı mövcud çətinlikləri diqqətə çatdırıblar. İcra başçısı hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirib, müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülərək aidiyyəti üzrə tapşırıqlar verilib.
Keçidlər