Şriftin ölçüsü :

Saytın rəngi :

Nazir Rəşad Nəbiyev Ağcabədi şəhərində vətəndaşları qəbul edib

17 may 2023 | 17:02

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev mayın 17-də Ağcabədi
şəhərində yerləşən YAP Ağcabədi rayon təşkilatının inzibati binasında
vətəndaşları qəbul edib.
Görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin
abidəsini ziyarət edib və önünə gül dəstələri qoyub.
Vətəndaş qəbulunda Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının
sakinləri iştirak ediblər.
Qəbul zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio
yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və
operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının
rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Sakinlərin müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət
həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin fəaliyyət sahələrinə aid olmayan
məsələrlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara
göndərilməsi təmin olunacaq. Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra
hakimiyyəti orqanları və idarəetmə qurumlarının rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

Keçidlər