Şriftin ölçüsü :

Saytın rəngi :

"Müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilib

18 oktyabr 2024 | 18:08
Oktyabrın 17-də YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçıliğı ilə Dövlət müstəqilliyinin bərpasının 33-cü il dönümü münasibəti ilə “Müstəqil və suverən Azərbaycan” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçiları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə çiçək dəstələri düzüblər.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açdıqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Rövşən Əhmədov vurğulayıb ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin itirilməsi təhlükəsini yaradırdı.
Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə xalqımızın böyük oğlu, müdrik siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu.
Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması üçün islahatlar həyata keçirir. Dörd il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başcısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Ağcabədi Pedoqoji Kollecinin direktoru Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktor müavini Mahir Səlimov, “ASAN” xidmət mərkəzinin direktoru Rəhim Qarayev, 5 saylı uşaq bağcası-körpələr evinin müdiri Gülşən Həsənova çıxış edərək qeyd ediblər ki, bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli hadisələrin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin qeyd edilməsi, onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Təxminən 1 saata qədər davam edən konfrans Yeni Azərbaycan Partyasının himninin səslənməsi ilə başa çatıb.
Keçidlər