Müqəddəs Ramazan ayı münasibətilə şəhid Anar Cəfərovun ailəsində iftar süfrəsi təşkil edilib.
31 mart 2025 | 21:52
Müqəddəs Ramazan ayı münasibətilə şəhid Anar Cəfərovun ailəsində iftar süfrəsi təşkil edilib.İftar süfrəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, şəhid ailələrinin üzvləri və digərləri iştirak ediblər. İftar süfrəsində şəhidlərin əziz xatirəsi anılıb, onların ruhuna dualar oxunub. İftar süfrəsi başa çatdıqdan sonra rayon rəhbəri şəhid ailələrini bu gözəl gündə bir araya topladığı üçün Anar Cəfərovun ailəsinə minnətarlığını bildirib. Şəhidin xanımı Samirə Xudiyeva da hər zamankı qayğıya, diqqətə və dəvəti qəbul edib gəldiklərinə görə hər kəsə təşəkkür edib.