Muğanlı kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
09 aprel 2025 | 18:50
Vərtəndaşların problemlərini yerində öyrənmək, onların daha operativ şəkildə həllinə nail olmaq məqsədilə keçirilən daha bir səyyar qəbul aprelin 9-da Muğanlı kəndində keçirilib.
Səyyar qəbulda çıxış edən rayon rəhbəri Rafil Hüseynov yerlərdə keçirilən görüşlərin sakinlər üçün daha əlverişli olduğunu, müəyyən məsafə maneələri üzündən öz çətinliklərini vaxtında lazımi yerlərə çatdıra bilməyənlərin bu görüşlər zamanı rahat şəkildə problemlərini söyləmələrinə şərait yaradıldığını bildirərək sözü sakinlərə verib.
Qəbul iştirakçıları Qənbər Rəhimov və Müslüm Quliyev müraciətlərində suvarma suyunda problemlərin yarandığını bildirərək pay torpaq sahələrinə xidmət edən subartezianın bərpasına ehtiyac olduğunu bildiriblər. Digər kənd sakini Rafiq Əliyev də pay torpaq sahələrinə xidmət edən 1 ədəd subartezianın bərpa olunmasına ehtiyacın olduğunu və hazırda əkin sahələrinin suvarılması üçün alternativ arteziandan suvarma suyunun verilməsinə köməklik göstərilməsini xahiş edib. Hər iki məsələ ilə bağlı müvafiq izahat verən icra başçısı problemlərin həlli ilə bağlı aidiyyəti üzrə köməklik göstərilməsi üçün Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə tapşırıq verib.