Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirilib

13 dekabr 2023 | 12:14

Konfransda Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirin moderatoru , rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı, Ceyhun Mamedov konfransla bağlı iştirakçılara qısa məlumat verdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlardan öncə komitə tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Sonra söz Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova verilib. Rayon rəhbəri çıxışında Azərbaycanda etiqad azadlığından söz açıb, qanununlarımıza görə hər kəsin öz dininə etiqad etmək hüququnun olduğunu diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Bununla belə, dövlətimiz din sahəsinə qayğı və dəstək göstərir.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ramazan Hüseynov dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıblar.
Çıxışlarda din sahəsində mövcud olan problemlərdən də söz açılıb, bunun qarşısının alınmasının, insanların düzgün istiqamətləndirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər