Şriftin ölçüsü :

Saytın rəngi :

Minəxorlu kəndinin  Qarqar çayı sahilində ənənəvi təmizlik aksiyası keçirilib.

12 iyun 2023 | 10:32

Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin   təşəbbüsü və birgə təşkilatçılığı ilə  iyun ayının 10-da “5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar  Minəxorlu kəndinin  Qarqar çayı sahilində ənənəvi təmizlik aksiyası keçirilib.

Aksiyada  Ağcabədi Rayon  İcra Hakimiyyətinin məsul  işçiləri, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər  idarəsinin və digər qurumların  əməkdaşları, Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri və  bələdiyyələr, yerli sakinlər, könüllülər, eləcə də  sosial işçilər  iştirak ediblər.

 Görüşdə çıxış edən rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyadov və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi  Oqtay Şahmurov  belə təmizlik aksiyalarının müntəzəm keçirilməsinin vacibliyini, eləcə də ölkədə və regionda əhali tərəfindən  ekoloji təmizliyə riayət olunmasının  lazım  olduğunu bildiriblər.

Tədbir  zamanı zəruri sanitar avadanlıqlarla təchiz olunmuş aksiya  iştirakçıları topladıqları tullantıları çeşidləyərək çayda ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə sözügedən əraziyə texnika da cəlb olunub. Daha sonra, yığılan bütün tullantılar zibillik poliqonuna təhvil verilib.   

Qeyd edək ki,  Qarqar çayının sahilində keçirilən təmizlik aksiyasının əsas məqsədi  ölkə ərazisində ətraf mühitin  məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi,  o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimai əməkdaşlığı gücləndirməkdir.

Keçidlər