Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Minaxorlu kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

15 oktyabr 2025 | 17:46

Ağcabədi Rayon İcra Hakimiyyəti  başçısının hər həftə davam edən səyyar qəbulu bu dəfə Minaxorlu kəndində keçirilib.  Minaxorlu kənd tam orta məktəbinin həyətində  keçirilən görüşdə  öncə rayon rəhbəri Rafil Hüseynov  çıxış edib. O, bildirib ki, yerlərdə qəbulların keçirilməsi ictimai nəzarəti gücləndirir – rəsmilər ictimai rəy və narahatlıqlardan xəbərdar olur, fəaliyyətlərini tənzimləyirlər. Qəbullar zamanı verilən qərarlar və yanaşmalar vətəndaşların gözü qarşısında olur ki, bu da şəffaflığı artırır. Bunu nəzərə alaraq, rayon rəhbərliyi tərəfindən  yerlərdə mütəmadi səyyar qəbullar keçirilir, vətəndaşlara öz problemlərini uzağa getmədən söyləyə bilmək imkanı yaradılır.

   Sonra vətəndaşlara söz verilib.  Müraciətlər daha çox   su artezianının qazılması, qazılmış daha bir artezian üçün uyğun nasosun verilməsi, ya kənddə, ya da yaxın bir ərazidə bankomatın quraşdırılması ilə bağlı olub. Bundan əlavə, kənddəki tibb məntəqəsinə qaz çəkilişi, şəhər ərazisindəki Qəhrəmanlar parkında  dəfn edilməyən  şəhidlərin  şəkillərinin parkda bir guşədə təqdim olunması  və digər məsələlərlə bağlı olub.

    Qaldırılan hər bir məsələ ilə bağlı aidiyyəti təşkilatların nümayəndələri ilə söhbət  aparılıb, mövcud problemlərin həlli istiqamətində tapşırıqlar verilib, bəzi məsələlərlə bağlı sakinlər aidiyyəti üzrə istiqamətləndirilib.

 

Keçidlər